MizanVPN

İstifadə şərtləri

Son yenilənmə: 2026-09-30

Xidmət

MizanVPN, cihazınızın internet trafikini şifrələnmiş bağlantı ilə serverimizdən keçirən VPN xidmətidir. Xidməti MizanVPN təqdim edir.

Hesab

  • Hesab e-poçt ünvanı və sizin təyin etdiyiniz parolla işləyir. Parolu məxfi saxlamaq sizin məsuliyyətinizdir.
  • Bir hesab yalnız bir nəfər üçündür və eyni anda yalnız bir cihaz qoşula bilər: yeni cihaz qoşulanda əvvəlki bağlantı kəsilir. Hesabı başqaları ilə paylaşmaq və VPN bağlantısını başqa cihazlara (hotspot, router, kompüter vasitəsilə) paylaşmaq qadağandır. Belə hal aşkarlanarsa, əvvəlcə e-poçtla xəbərdarlıq edilir, davam edərsə hesab bağlana bilər.
  • Hesab başqasına ötürülmür. Eyni hesabla eyni vaxtda ən çox 2 cihaz qoşula bilər.

Pulsuz sınaq

Pulsuz sınaq hər şəxs və hər cihaz üçün yalnız bir dəfə verilir və e-poçt ünvanı təsdiqləndikdən sonra aktivləşir.

Qadağan olunan istifadə

  • Qanunsuz fəaliyyət və başqasının hüquqlarını pozan hərəkətlər.
  • Spam və kütləvi məktub göndərmə, fişinq, dələduzluq.
  • Başqa sistemlərə hücum (o cümlədən DDoS), port skanı, icazəsiz giriş cəhdləri.
  • Virus və zərərli proqram yaymaq.
  • Qanunsuz məzmun, xüsusən uşaqların istismarına aid istənilən məzmun.
  • Pulsuz sınağı təkrar almaq üçün bir neçə hesab açmaq.
  • Xidmətin işini pozmağa yönəlmiş hərəkətlər.

Texniki məhdudiyyətlər

  • Birbaşa e-poçt göndərmə portu (25) bağlıdır. Gmail, Outlook və digər e-poçt tətbiqləri başqa portlarla (465, 587) işlədiyi üçün normal işləyir.
  • Viruslar və skan üçün istifadə olunan bəzi köhnə portlar bağlıdır.
  • Bir hesabdan qısa müddətdə açılan yeni bağlantıların sayına limit var. Adi istifadədə bu limitə çatılmır.

Pozuntu olduqda

  1. Zərərli bağlantı avtomatik dayandırılır.
  2. Təkrarlanarsa, hesabın e-poçt ünvanına xəbərdarlıq göndərilir.
  3. Xəbərdarlıqdan sonra da davam edərsə, hesab dayandırıla bilər.

Ciddi pozuntularda (məsələn, qanunsuz məzmun) və ya qanun tələb etdikdə hesab xəbərdarlıqsız dayandırıla bilər.

Xidmətimizdən sui-istifadə barədə şikayət üçün: maqsudkovser@mizan.casa.

Abunəlik və ödəniş

Abunəlik qiymətləri: həftəlik 1,5 $, aylıq 3,5 $, illik 30 $. Bütün pullu paketlərdə trafik limitsizdir; pulsuz sınaqda 2 GB-dır. Ödəniş qaydaları ödəniş sistemi aktiv olanda bu səhifədə dərc olunacaq. Pulsuz dəvətlərin müddəti bitəndə giriş dayanır.

Xidmətin əlçatanlığı

Xidmət "olduğu kimi" təqdim olunur. Texniki işlər və nasazlıqlar səbəbindən fasilələr ola bilər. Fasiləsiz işləməyə zəmanət vermirik.

Məsuliyyətin həddi

Qanunun icazə verdiyi həddə, xidmətdən istifadə nəticəsində yaranan dolayı zərərlərə görə məsuliyyət daşımırıq.

Dəyişikliklər

Şərtlər dəyişə bilər. Yeni versiya bu səhifədə dərc olunur və yuxarıdakı tarix yenilənir. Xidmətdən istifadəni davam etdirmək yeni şərtlərlə razılaşmaq deməkdir.

Əlaqə

maqsudkovser@mizan.casa