Məxfilik siyasəti
Xidməti kim idarə edir
MizanVPN xidmətini MizanVPN idarə edir. Əlaqə: maqsudkovser@mizan.casa.
Hansı məlumatları saxlayırıq
- E-poçt ünvanı: hesab yaratmaq, parol təyin etmə linkləri və təsdiq mesajları göndərmək üçün.
- Parolun heşi: parolu özünüz təyin edirsiniz, parolun özü saxlanmır və heç vaxt e-poçtla göndərilmir.
- Abunəlik məlumatı: planın növü, statusu və bitmə tarixi.
- Dəvət qeydləri: dəvət olunan e-poçt və dəvətin istifadə tarixi.
- Giriş və qeydiyyat jurnalı: IP ünvanı, bu IP-yə görə müəyyən olunan ölkə və provayder, IP-nin VPN və ya datacenter şəbəkəsinə aid olub-olmaması, brauzer və ya tətbiq məlumatı (user-agent), vaxt və nəticə (uğurlu və ya uğursuz). Hesabınızı qorumaq, saxta qeydiyyatın və parol təxminlərinin qarşısını almaq üçündür, 90 gün saxlanır. Ölkə və provayder serverimizdəki yerli baza ilə müəyyən edilir, IP ünvanınız bunun üçün heç kimə göndərilmir.
- Pulsuz sınağın təkrar-təkrar alınmasına qarşı: e-poçt ünvanının və cihaz identifikatorunun birtərəfli heşi (özləri yox). Pulsuz sınağın təkrar-təkrar alınmaması üçün hesab silinəndən sonra da saxlanır.
- Qeydiyyat edilən IP ünvanının şifrələnmiş heşi (IP-nin özü yox): eyni yerdən kütləvi qeydiyyatın qarşısını almaq üçün.
- Veb sayt jurnalları: IP ünvanı, vaxt və açılan səhifə. Təhlükəsizlik və xətaların aşkarlanması üçündür, təxminən 14 gün saxlanır.
- Ödəniş məlumatı: ödəniş sistemi aktiv olanda bu bölmə yenilənəcək.
VPN istifadə edərkən
- Baxdığınız səhifələri (URL), DNS sorğularını və trafikin məzmununu qeyd etmirik və saxlamırıq. Yalnız aşağıdakı «Qoşulma qeydi»ndə göstərilən texniki məlumat saxlanır.
- Qoşulma qeydi: qoşulanda və ayrılanda hesabınız, əsl IP ünvanınız, sizə verilən müvəqqəti daxili ünvan və vaxt yazılır. Bundan əlavə, VPN-dən çıxan hər yeni bağlantının vaxtı, hədəf IP ünvanı və portu qeyd olunur. Sayt adı, səhifə və məzmun yazılmır. Bu qeydlər yalnız xidmətdən qanunsuz istifadə (hücum, spam, dələduzluq) barədə şikayət və ya səlahiyyətli orqanların qanuni sorğusu olduqda araşdırma üçün istifadə olunur, 100 gün saxlanır və sonra avtomatik silinir.
- Zərərli fəaliyyətə qarşı qoruma: spam, hücum və skan kimi zərərli bağlantılar avtomatik dayandırılır. Belə bloklanmış cəhdlərin növü, sayı, vaxtı, hədəf ünvanı və portu hesabınıza bağlanaraq 90 gün saxlanır. Normal trafikiniz bu qeydlərə düşmür.
- Girişiniz və abunəliyiniz aktivdirmi, bunu yoxlamaq üçün hesab tokeni istifadə olunur.
- MizanVPN tətbiqi ilə qoşulanda trafikiniz iki qat şifrə ilə serverə çatır: TLS 1.3 və onun içində ayrıca açarla qurulan kvanta davamlı qat (açar ML-KEM-1024 + X25519 ilə razılaşdırılır, məlumat AES-256-GCM ilə şifrələnir). Bu qatın açarları hər qoşulmada yenidən yaranır və serverdə saxlanmır. Sayt və xidmətlər sizi VPN serverinin IP ünvanı kimi görür.
- WireGuard tətbiqi ilə qoşulanda trafik WireGuard protokolu ilə şifrələnir (Curve25519 açar razılaşması, ChaCha20-Poly1305), üstəlik hər cihaz üçün ayrıca əlavə açar (PSK) istifadə olunur. Gizli açarınız brauzerinizdə yaranır və serverə göndərilmir. Serverdə yalnız açıq açar, əlavə açar (PSK), sizə verilən daxili ünvan, son qoşulma vaxtı və trafikin həcmi saxlanır. Açarı «Qoşul» səhifəsində istənilən vaxt silə bilərsiniz; hesab silinəndə açar da silinir; 20 dəqiqə ərzində heç istifadə olunmayan açar avtomatik silinir.
Məlumatları kimlərlə bölüşürük
Məlumatları satmırıq və reklam üçün istifadə etmirik. Yalnız xidməti göstərmək üçün lazım olan tərəflər məlumata çıxış ala bilər: server (hosting) provayderi və e-poçt göndərən xidmət. Ödəniş sistemi əlavə olunanda ödəniş provayderi də bu siyahıya əlavə ediləcək.
Qanuni tələb olduqda yalnız bu səhifədə göstərilən və hələ saxlanan məlumatları təqdim edə bilərik. Saxlamadığımız məlumatı (məsələn, baxdığınız saytları) təqdim etmək mümkün deyil.
Saxlama müddəti və silmə
Məlumatlar hesabınız mövcud olduğu müddətdə saxlanılır, yuxarıda ayrıca müddət göstərilən qeydlər isə həmin müddət bitəndə avtomatik silinir. Hesabı istənilən vaxt Hesabı sil səhifəsində silə bilərsiniz: hesab, abunəlik, dəvətlər, giriş jurnalı və zərərli fəaliyyət qeydləri silinir. Qoşulma qeydləri isə hesab silinsə də 100 günlük müddət bitənə qədər saxlanır, sonra avtomatik silinir. Pulsuz sınaq üçün saxlanan birtərəfli heşlər silinmir. Ehtiyat nüsxələrdə məlumat ən çox 7 gün qala bilər. Silmə ilə bağlı kömək üçün yuxarıdakı e-poçta yaza bilərsiniz.
Təhlükəsizlik
Bağlantılar şifrələnir, parollar yalnız heş şəklində saxlanır, serverlərə giriş məhdudlaşdırılıb. Heç bir sistem tam təhlükəsizlik zəmanəti verə bilməz.
Uşaqlar
Xidmət uşaqlar üçün nəzərdə tutulmayıb.
Dəyişikliklər
Siyasət dəyişsə, yeni versiya bu səhifədə dərc olunur və yuxarıdakı tarix yenilənir.